...

Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışları davam etdirilir (FOTO/VİDEO)

Gündəm Materials 16 İyun 2022 13:03 (UTC +04:00)

Bakı. Trend:

13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti