Bakı. Trend:
Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə
regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar
zamanı məlum olub ki, Səxavət Məmmədov və Cabir Əsgərov bir neçə
vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 1000 manat
miqdarında maddi ziyan vurub.
Saxlanılan şəxslərin Gəncə şəhərində eləcə də respublikanın digər
şəhər və rayonlarında anoloji cinayətlər törətməsi istisna
edilimir. Odur ki, həmin şəxslərin əməllərindən zərər çəkən
vətəndaşların Gəncə şəhər Baş Polis İdarəsinə, DİN-in “102 Zəng
Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına
müraciət etmələri tövsiyə olunur.