...

Türkiyə Rusiya ilə Ukrayna arasında sülhə töhfə verməyə davam edəcək - Ərdoğan

Gündəm Materials 23 İyul 2022 19:20 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Rusiya ilə Ukrayna arasında sülh əldə olunana qədər diplomatik səylərini davam etdirəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxışı zamanı deyib.

Dövlət başçısı bir gün əvvəl İstanbulda imzalanmış taxıl dəhlizi haqqında sazişin əhəmiyyətinə diqqət çəkib.

R.T.Ərdoğan qeyd edib ki, Ukrayna taxılının yaxın günlərdə başlayacaq dəniz daşımaları sayəsində Türkiyə qlobal ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verəcək.

Türkiyə prezidenti daha sonra diqqəti daxili iqtisadiyyatdakı vəziyyətə yönəltdi, ölkədən ixracın fəal şəkildə artdığını vurğuladı:

"İlin birinci yarısının nəticələrinə görə Türkiyənin ixrac həcmi 126 milyard dolları keçib və biz ili 300 milyard dollar səviyyəsində başa vurmağı proqnozlaşdırırıq".

Dövlət başçısı turizmdə müsbət artım tendensiyası olduğunu da vurğulayıb. Ərdoğan bildirib ki, Türkiyədə məşğulluq səviyyəsi respublika tarixində rekord göstəriciyə yaxınlaşıb - 31 milyon insan işlə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti