...

Kiberhücumlardan necə qorunmaq olar?

Gündəm Materials 25 İyul 2022 13:50 (UTC +04:00)
Kiberhücumlardan necə qorunmaq olar?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Bir şirkət daxilində bütün sahələrdən çoxlu işçilər var. Bu əməkdaşların kiberhücumlardan daha çox məlumatlandırılması və bəzi qaydaları xatırlatmaq lazımdır. İstifadəçilərin kiberhücumlardan qorunmaq üçün diqqət etməli olduğu amillər aşağıdakılardır:

İstifadə etdiyiniz bütün sistemlər üçün fərqli parollar təyin edə bilərsiniz və bu parolların müəyyən meyarlara uyğun olmasına diqqət yetirin. Məsələn, parol müəyyən uzunluqda olmalıdır, böyük və kiçik hərflərdən ibarət olmalıdır, yalnız rəqəmlər deyil, xüsusi simvollar və s.

Parollar uzun müddət eyni qalmamalıdır. Kiberhücumlara və təhdidlərə qarşı tədbir görmək üçün parolunuzu vaxtaşırı dəyişə bilərsiniz.

Sistemdən və ya proqramlardan istifadə edərkən qoşulduğunuz şəbəkəyə diqqət yetirməlisiniz. Pulsuz Wi-Fi xidmətləri təhlükəsiz olmaya bilər. Kompüterinizin şəbəkə üzərindən hücuma məruz qalmaması üçün əmin olmadığınız şəbəkə xidmətlərinə qoşulmayın.

Veb saytlar arasında təhlükəsiz qarşılıqlı əlaqəni təmin edən “HTTPS” kiber hücumlara qarşı həll yoludur. HTTP yerinə HTTPS-ə üstünlük verə bilərsiniz və əməliyyatlarınızı internet səhifəsində təhlükəsiz şəkildə edə bilərsiniz.

VPN-dən istifadə kibercinayətkarların məlumatlarınızı oğurlamasına səbəb ola bilər. Buna görə VPN seçərkən diqqətli olmalısınız.

Antivirus proqramları kiberhücum və təhdidlərdən qorunmaq üçün ən çox istifadə edilən üsullardan biridir. Siz bu proqramlara müntəzəm skan təlimatları verə və hər hansı təhlükə və ya hücumla qarşılaşdığınız zaman xəbərdarlıqlar ala bilərsiniz.

Fişinqdən istifadə edən kibercinayətkarlar tez-tez şəxslərə endirimlər, hədiyyələr və ya digər şirnikləndirici kampaniyalala bağlı mesajlar çatdırırlar. Bu cür e-poçtlardan və ya mesajlardan mesaj yükləməzdən və hər hansı parolları daxil etməzdən əvvəl diqqətli olmalısınız.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti