...

Media qurumları ölkəmizə informasiya hücumuna qarşı mübarizə aparmalıdır - Rauf Arifoğlu

Gündəm Materials 28 İyul 2022 12:50 (UTC +04:00)
Media qurumları ölkəmizə informasiya hücumuna qarşı mübarizə aparmalıdır - Rauf Arifoğlu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər ölkəmizdə reallıqda olmayan informasiyaların qabardılması halları baş verir.

Trend-in məlumatına görə, bunu Yeni Müsavat media qrupunun rəhbəri Rauf Arifoğlu Mətbuat Şurasında keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətinə istiqamətləndirilmiş dezinformasiyalar yayılır. “Bunun qarşısını biz media qurumları almalıyıq. Bizim informasiya savaşımız davam edir. Azərbaycana qarşı informasiya savaşı indi daha çoxdur. Bizim üzərimizə güclü informasiya hücumu var, biz media qurumları bu hücuma qarşı mübarizə aparmalıyıq, dezinformasiyaların qarşısını almalıyıq. Biz sosial şəbəkələrdə də aktiv olmalıyıq, yalan məlumatların qarşısını almalıyıq. Bizim media imkanlarımız daha genişdir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti