...

Kompüterdə proqramsız ekran videosu çəkmək (FOTO/VİDEO)

Gündəm Materials 26 Avqust 2022 13:37 (UTC +04:00)
Kompüterdə proqramsız ekran videosu çəkmək (FOTO/VİDEO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Əgər siz də kompüterinizdə hər hansısa iş gördükdə ekran videosu çəkmək istəyirsizsə, bu yazını oxuyun.

Bunun üçün heç bir proqrama ehtiyac yoxdur.

Bu sayta https://screenapp.io/#/ daxil oluruq. Açılan pəncərədən “get started” klikləyirik. Ekran seçimlərində “Screen only”“Screen and webcam” var.

Bunlar nədir? “Screen only” olanda ancaq ekran videosu çəkir. “Screen and webcam” seçəndə həm ekranı, həm özünüzü görüntüləyir.

Səs tərəfində “no audio” yazılıb. Daxil oluruq. Burada “Microphone Audio” (mikrofonun səsi) “Browser Audio” (brauzerin səsi) “System Audio + Microphone Audio” (Sistem səsi və mikrofon səsi) seçimlər var. Burada sizə uyğun olanını seçirsiz.

Mən “Microphone Audio” yazılanı seçirəm. “Start Recording Automatically” bu seçimi etməlisiz. Daha sonra “Share Recording Automatically” yazısını klikləyirik.

Gələn bildirişə icazə veririk. Və ekran seçib qəbul edirik. "Paylaş" klikləyirik. Yuxardakı bildirişə icazə veririk. Daha sonra videonuzu çəkə biləcəksiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti