...

Prokurorluq Qubadlıda mina partlayışı ilə bağlı məlumat yayıb

Gündəm Materials 30 Avqust 2022 12:00 (UTC +04:00)
Prokurorluq Qubadlıda mina partlayışı ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Qubadlı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti