...

İnternet olmadan tətbiqləri necə paylaşmaq olar? (FOTO)

Gündəm Materials 12 Sentyabr 2022 12:46 (UTC +04:00)
İnternet olmadan tətbiqləri necə paylaşmaq olar? (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Play Market” tətbiqindən istifadə edərək internet olmadan da tətbiqləri paylaşmaq mümkündür. Bunun üçün nə etməliyik?

1. İlk öncə "Play Market"i açın və yuxarı sağ küncdəki profilinizə daxil olun.

2. "Tətbiqlər və cihazı idarə edin" xanasını seçin.

3. Ekranın aşağı hissəsində “Göndərin” seçiminə toxunun.

4. Daha sonra “göndərmək istədiyiniz” tətbiqə toxunun.

5. İndi "Qəbuledici seçin" xanasına toxunun.

6. Göndərmək istədiyiniz cihazı seçin.

Digər telefonda da eyni zamanda qeyd olunan məlumatları icra edin.

1. "Play Market"i açın və yuxarı sağ küncdəki profilinizə daxil olun.

2. "Tətbiqlər və cihazı idarə edin" xanasını seçin.

3. Ekranın aşağı hissəsində “Qəbul edin” seçiminə toxunun.

4. Daha sonra cihazı əlaqələndirin.

Beləliklə siz bir telefondan digər telefona internet olmadan tətbiq göndərə biləcəksiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti