...

Heydər Əliyev prospektində tıxac var

Gündəm Materials 12 Sentyabr 2022 13:28 (UTC +04:00)
Heydər Əliyev prospektində tıxac var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev prospektində tıxac var, bir neçə avtobus yolda qalıb.

Vahid Dispetçer Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospektində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 5 müntəzəm marşrut xətti üzrə 15 avtobusun hərəkət intervalında gecikmələr var.

Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti