...

“WhatsApp” hesabını necə qorumaq olar? (FOTO)

Gündəm Materials 14 Sentyabr 2022 11:26 (UTC +04:00)
“WhatsApp” hesabını necə qorumaq olar? (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp” mobil tətbiqində hesabınızın kiberdələduzlar tərəfindən oğurlanması halları geniş yayılmaqdadır. Trend-in məlumatına görə, hesabınızın təhlükəsizliyini qorumaq məqsədilə iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək gərəklidir. Bunun üçün nə etməlisiz?

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun.

2. Növbəti ekranda "Parametrlər" xanasını seçin.

3. İndi "Hesab" xanasını seçin.

4. Ekranı aşağıya doğru sürüşdürün.

5. Daha sonra “İki mərhələli təsdiqləmə” xanasını seçin.

6. Növbəti ekranda “Aktivləşdir” düyməsini sıxın.

7. Daha sonra “6 rəqəmli Pin kod” əlavə edin. Yenidən Pin kodunuzu daxil edin.

8. Hesabınızı qorumaq və Pin kodunuzu unutduğunuz zaman onu sıfırlamaq üçün hesabınıza e-poçt ünvanı əlavə edin. Yenidən e-poçtunuzu daxil edin.

Artıq sizin “WhatsApp” hesabınızda iki mərhələli təsdiqləmə funksiyası aktivdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti