...

Baş Prokurorluq Ağdamda mina partlayışı ilə bağlı məlumat yaydı

Gündəm Materials 8 Oktyabr 2022 21:53 (UTC +04:00)
Baş Prokurorluq Ağdamda mina partlayışı ilə bağlı məlumat yaydı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Baş Prokurorluğundan Trend-ə verilən məlumata görə, daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi ,lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti