...

Mənimsəmədə təqsirləndirilən Türkiyə vətəndaşı məhkəmə zalından azadlığa buraxıldı

Gündəm Materials 31 Oktyabr 2022 15:49 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində qanunsuz sərhədkeçmə və mənimsəmədə təqsirləndirilən Türkiyə vətəndaşı Oktay Çunar barəsində Sabunçu rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə müdafiə tərəfinin şikayəti araşdırılıb və təmin edilib.

Məhkəmənin qərarı ilə Oktay Çunar barəsindəki həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Oktay Çunarın barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb.

O, külli miqdarda mənimsəmədə və dövlət sərhədini qanunsuz keçməyə cəhddə ittiham edilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti