...

Azərbaycanda bu gün 22 hektar ərazidə 16 min ting əkilib

Gündəm Materials 3 Noyabr 2022 19:09 (UTC +04:00)
Azərbaycanda bu gün 22 hektar ərazidə 16 min ting əkilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Quba, Tovuz, Şəmkir, Ağcabədi, Qəbələ, Şəki, Sabirabad və Göygöl rayonlarının meşə fondu ərazisində həyata keçirilib və gün ərzində ümumilikdə 22 hektar ərazidə 16 000 ədəd ting əkilib, 800 kiloqram palıd toxumu səpilib.

Bunu bu gün Trend-ə açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, payız ağac əkini mövsümü başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarının 194 hektar sahəsində 142 mindən artıq ting əkilib, 9 500 kiloqram toxum səpilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti