...

Ağalı sakinləri ilə birlikdə bu gün Zəngilanda Zəfər Gününü qeyd edirik - Vahid Hacıyev

Gündəm Materials 8 Noyabr 2022 16:22 (UTC +04:00)
Ağalı sakinləri ilə birlikdə bu gün Zəngilanda Zəfər Gününü qeyd edirik - Vahid Hacıyev

Zəngilan. Trend:

Ağalı sakinləri ilə birlikdə bu gün Zəngilanda Zəfər Gününü qeyd edirik.

Bunu bu gün Trend-ə açıqlamasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

"Bildiyiniz kimi, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bizim rəşadətli Ordumuz 2 il bundan öncə 44 günlük Vətən müharibəsində zəfər qazanmışdı. Artıq bu günlər bizim üçün daha da önəmli günlərdir. Məhz bu günlərdə Qarabağa qayıdışın ilk mərhələsini artıq yekunlaşdırmışıq. Ağalı sakinləri ilə birlikdə bu gün Zəngilan rayonunda Zəfər Gününü qeyd edirik.

Əlbəttə ki, bu hisləri bizə bəxş etdiyinə görə biz hər zaman zabit və əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə borclu qalacağıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin, Allah bizim əsgər və zabitlərimizi qorusun!", -V.Hacıyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti