...

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir (VİDEO)

Gündəm Materials 17 Noyabr 2022 10:06 (UTC +04:00)
“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılır.

Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər çalışmalar üzrə məqbulları yerinə yetirirlər.

Noyabrın 24-dək davam edəcək yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti