Bakı. Trend:
“WhatsApp” mesajların axtarışını asanlaşdıracaq funksiya üzərində işləyir.
Trend-in məlumatına görə, beta istifadəçilərinə açılan yeni xüsusiyyət mesajlarda istədiyimiz tarixə keçməmizi təmin edəcək. Tətbiqdə dəqiq tarixi bilmədiyimiz mesajları axtardığımız zaman belə bir xüsusiyyətin çox faydalı olacağını söyləyə bilərik.
Bundan əlavə, paylaşılan ekran
görüntüləri tarixə görə axtarış seçiminin necə istifadə oluna
biləcəyini göstərir. Müvafiq olaraq, funksiyadan söhbətlərdə
mesajlar axtararkən klaviaturanın yuxarı sağ hissəsində görünən
təqvim işarəsi ilə istifadə etmək olar. İstifadəçilər bu işarəyə
kliklədikdə istədikləri tarixi seçərək axtardıqları günə çata
biləcəklər.
“WhatsApp”ın bu yeni funksiyanı nə vaxt kütləvi istifadəyə verəcəyi hələ məlum deyil.