...

Mədəni sərvətlərin qorunması daim gündəmdə olan bir məsələdir - Anar Kərimov

Gündəm Materials 8 Dekabr 2022 09:35 (UTC +04:00)
Mədəni sərvətlərin qorunması daim gündəmdə olan bir məsələdir - Anar Kərimov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mədəni sərvətlərin qorunması daim gündəmdə olan bir məsələdir.

Trend-in məlumatına görə, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

O qeyd edib ki, Vətən Müharibəsində qələbimiz nəticəsində 30 il ərzində didərgin salınan mədəniyyətimiz geri döndü.

“Şuşanın mədəniyyət payxtaxtına çevrilməsi mədəniyyətimizin geri dönüşünün rəmzinə çevrilib. Azad olunan ərazilərdə monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığı, mənimsənildiyi, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyi aşkar edilib.

Ermənistan bununla Qarabağda qeyri-qanuni cinayət əməlləri törədib", - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti