...

Bir il ərzində Dəmirli yatağında qanunsuz istismar edilən ərazi 2 dəfə böyüyüb - Əbülfəz Tağıyev (VİDEO)

Gündəm Materials 15 Dekabr 2022 12:57 (UTC +04:00)
Bir il ərzində Dəmirli yatağında qanunsuz istismar edilən ərazi 2 dəfə böyüyüb - Əbülfəz Tağıyev (VİDEO)

Şuşa. Trend:

Bura gəlməkdə məqsədimiz ondan ibarətdir ki, qarşı tərəfə izah edək ki, bu ekoloji terrora son qoymaq lazımdır. Bir il ərzində Dəmirli mis-molibden yatağında qanunsuz istismar edilən ərazi 2 dəfə böyüyüb.

Bunu Trend-in müxbirinə açıqlamasında Bakı Dövlət Universitetinin Zoologiya-Fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev deyib.

Onun sözlərinə görə, həmin ərazidən çıxarılan filizlər sürətlə talanıb:

"Talançılıq nəticəsində həmin ərazinin ekoloji vəziyyəti pisləşdirilib. Buradan Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərə bildiririk ki, bu ekoloji vəziyyətin pisləşməsi ilk növbədə onlara mənfi təsir göstərəcək.

Əsas məqsədimiz bunu onlara çatdırmaqdır, bu məqsədimizə nail olana qədər dinc aksiyamızı davam etdirəcəyik."

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında artıq dördüncü gündür ki, etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Xəbər lenti

Xəbər lenti