...

Xaçmaz rayonunun Əhmədoba kəndində səyyar qəbul keçirilib (FOTO)

Gündəm Materials 15 Dekabr 2022 18:47 (UTC +04:00)
Xaçmaz rayonunun Əhmədoba kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar qəbulunu keçirib. Yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxslərinin iştirak etdiyi qəbul Əhmədoba kəndində reallaşıb.

Qəbulda Əhmədoba İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə daxil olan Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Əhmədoba kənd tam orta məktəbinin həyətində şəhid İsmət Rəsulovun büstünü ziyarət edib.

Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər .
Daha sonra fərdi qaydada müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyusunun qazılması, yeni məktəb binasının inşası və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti