...

Oruc Zalov vəzifəsindən azad edildi

Gündəm Materials 17 Dekabr 2022 12:30 (UTC +04:00)
Oruc Zalov vəzifəsindən azad edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən azad edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyin edilib.

Qeyd edək ki, Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı. O bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti