...

Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Strateji İnkişaf planı təqdim edilib

Gündəm Materials 22 Dekabr 2022 11:40 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şurasının növbəti, ikinci iclası keçirilib.

Bu barədə Trend-ə İdarənin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova məlumat verib.

İclasda Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini, icraçı direktor vəzifələrini müvəqqəti icra edən Tural Novruzov tərəfindən əsas hədəfləri özündə əks edən və icrası 2026-cı ilə qədər nəzərdə tutulan Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Strateji İnkişaf planı Müşahidə Şurası üzvlərinə təqdim edilib və ümumi rəy nəticəsində qəbul olunub.

Eyni zamanda , Müşahidə Şurasının iclasında bir sıra təşkilati məsələlər də müzakirə olunub və Şuşa Dövlət Qoruğu İdarəsinə yeni daxili auditor təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti