Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Niderlandın baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezindenti administrasiyasının Kommunikasiya İdarəsindən bildiriblər.
Bildirilib ki, Türkiyə ilə Niderland arasında münasibətlərin vəziyyəti və perspektivləri, regional proseslər müzakirə edilib.
R.T.Ərdoğan tərəflər arasında qurulan dialoq sayəsində ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Türkiyə ilə Avropa İttifaqı (Aİ) münasibətlərinə toxunan Türkiyə prezidenti qeyd edib ki, Ankara ilə Brüssel arasında münasibətlərin hazırkı vəziyyəti tərəflərin maraqlarına cavab vermir.
Dövlət başçısı daha sonra qeyd edib ki, Ankara Rusiya və Ukrayna tərəfləri ilə yüksək səviyyəli diplomatik əlaqələri davam etdirir.