Bakı. Trend:
"Android" telefonları təhlükələrdən qorumaq üçün bir sıra qaydalara riayət etmək tövsiyə olunur.
Trend onların bəzisini təqdim edir:
1) Əməliyyat sistemini daim yeniləyin,
2) Antivirus proqramlarından istifadə edin,
3) Tətbiqləri yalnız “Google Play Store”-dan yükləyin,
4) Tətbiqlərə kamera, SMS və ya qalereyaya giriş icazələri verərkən diqqətli olun,
5) İnternetdən ödənişli tətbiqlərin pulsuz versiyalarını yükləməyin,
6) Ehtiyac olmadığı hallarda “məkan” funksiyasını deaktiv edin.