...

Bu gün Laçın yolundan 64 avtomobil keçib (FOTO)

Gündəm Materials 19 Yanvar 2023 18:41 (UTC +04:00)
Bu gün Laçın yolundan 64 avtomobil keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus bir minik avtomobilinin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün ümumilikdə Laçın yolundan 64 avtomobil maneəsiz keçid edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.

Xəbər lenti

Xəbər lenti