Bakı. Trend:
Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi - 2023” beynəlxalq təlimi davam edir.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, Azərbaycan ilə yanaşı təlimdə iştirak edən
digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef
şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə
yetirirlər.
Beynəlxalq təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə
fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, təcrübə
mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin
silahlanmaya qəbul edilmiş müasir silah və texnikadan effektiv
istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə
yönəldilib.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları
beynəlxalq təlimdə ölkəmizi layiqincə təmsil edirlər.