...

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib (FOTO)

Gündəm Materials 1 Fevral 2023 23:50 (UTC +04:00)
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Türkiyə milli müdafiə naziri Hulusi Akar "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün fəaliyyətini izləmək üçün Qarsa gedib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazir Akar və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələri Komandanlığı hava limanında Qars valisi Türker Öksüz, 3-cü Ordu komandanı general-leytenant Yavuz Türkgenci və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Türkiyəyə gələn Azərbaycanın müdafiə naziri general Zakir Həsənovu hava limanında qarşılayan Hulusi Akar onu müşayiət edən şəxslərlə birlikdə General Mithat Kopsavaş kazarmasına gedib.

Nazir Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Juanşer Burçuladze ilə üçtərəfli görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti