...

Xarici səyahətçilər Füzulidə minalardan təmizləmə prosesi ilə tanış olublar (FOTO)

Gündəm Materials 4 Fevral 2023 16:45 (UTC +04:00)
Xarici səyahətçilər Füzulidə minalardan təmizləmə prosesi ilə tanış olublar (FOTO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Füzuli. Trend

Xarici səyahətçilərdən ibarət nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri davam edir.

Trend-in müxbirinin şənbə günü verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri Füzuli rayonunun İşıqlı kəndində olublar.

Onlar şəhərin mərkəzi hissəsi ilə yanaşı, minalardan təmizləmə prosesi ilə də tanış olublar.

Bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyi tərəfindən aparılan minalardan təmizləmə prosesi çox zəhmət tələb edən prosesdir, çünki Ermənistan tərəfinin verdiyi mina xəritələrinin etibarlılığı son dərəcə aşağıdır. Torpaqların işğaldan azad edilməsindən keçən iki il ərzində minalardan onlarla dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb.

Xatırladaq ki, fevralın 4-də beynəlxalq nümayəndəliyin işğaldan azad olunmuş Azərbaycan ərazisinə altıncı səfəri baş tutub.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti