...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 406-ya çatdı

Gündəm Materials 9 Fevral 2023 23:07 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 406-ya çatdı

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 406-ya yüksəlib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir bildirib ki, yaralıların sayı isə 71 866 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti