Bakı. Trend:
Azərbaycanlı xilasedicilər Türkiyədə daha 12 nəfərin cəsədini çıxararaq təhvil veriblər.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmarada dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq təhvil veriblər.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.