...

RİİB “Xocaliya ədalət!” fləşmobu təşkil etdi (VİDEO)

Gündəm Materials 26 Fevral 2023 12:47 (UTC +04:00)
RİİB “Xocaliya ədalət!” fləşmobu təşkil etdi (VİDEO)

Bakı. Trend:

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) "Xocaliya ədalət!" fləşmobu təşkil edib.

Trend xəbər verir ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində fevralın 25-də könüllülərin iştirakı ilə fləşmob keçirilib, "Ana harayı" abidəsi ziyarət olunub.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti