...

İşğal dövründə ermənilər ekologiyamıza da ciddi ziyan vurublar - Əhliman Əmiraslanov

Gündəm Materials 6 Mart 2023 12:13 (UTC +04:00)
İşğal dövründə ermənilər ekologiyamıza da ciddi ziyan vurublar - Əhliman Əmiraslanov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan əraziləri uzun illər erməni işğalı altında qalmışdı və Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. İşğal dövründə ermənilər şəhərlərimizi, kəndlərimizi məhv etməklə yanaşı, ekologiyamıza da ciddi ziyan vurublar, ekoloji terror tördiblər.

Trend-in məlumatına görə, bunu TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının bu gün Bakıda keçirilən iclasında komissiyanın sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

“Ermənilərin Azərbaycan ərazilərində ekoloji terror törətməsi ilə bağlı bugünkü iclasda fikrimizi bildirməliyik. Ermənilər bu gün də Azərbaycan ərazilərində ekoloji terror törətməkdə davam edirlər. Bu ekoloji terrora qarşı bizim ekofəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələri etiraz aksiyası keçirir və ekoloji terrora son qoymağı tələb edirlər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti