...

Tarif Şurasına müraciət edilməyib və nəzərdə tutulmur - “Azərsu”

Gündəm Materials 13 Mart 2023 10:55 (UTC +04:00)

Bakı. Trend:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.

Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

"Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, sosisal şəbəkələrdə və vətəndaşlar arasında Kürdə suyun səviyyəsinin azalmasına görə su tariflərinin artırılacağı iddiaları yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti