...

İranda itkin düşən tələbəmizdən nə xəbər var?

Gündəm Materials 13 Mart 2023 12:23 (UTC +04:00)
İranda itkin düşən tələbəmizdən nə xəbər var?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İranda itkin düşən azərbaycanlı tələbədən məlumat yoxdur.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"İrandan cavab gözləyirik. Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti