...

"TikTok" istifadəçilərə alqoritmi sıfırlamağa icazə verəcək

Gündəm Materials 18 Mart 2023 11:31 (UTC +04:00)
"TikTok" istifadəçilərə alqoritmi sıfırlamağa icazə verəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Instagram", "TikTok", "Facebook" və bütün digər sosial media platformaları alqoritmləri ilə istifadəçilərini maraqlandıracaq məzmun təklif etməyi qarşısına məqsəd qoymuşdur.

Trend-in məlumatına görə, ancaq bəzən tətbiqdən istifadə tərziniz və ya telefonunuzu dostunuza verdiyiniz 10 dəqiqəlik vaxt alqoritmi sözün əsl mənasında alt-üst edə bilər və yayımınız sizi maraqlandırmayan onlarla məzmunla doldurula bilər.

"TikTok" rəsmiləri isə bu problemə həll yolu tapmaq və istifadəçilərin hər dəfə yeni hesab açmasını əngəlləmək üçün “Yenilə” funksiyasını istifadəyə verib. Bu funksiya ilə istifadəçilər istədikləri zaman alqoritmlərini sıfırlaya biləcəklər.

İzlədiklərinizə və profilinizə bu sıfırlama təsir etməyəcək.

“Yenilə” adlı bu yeni funksiya sayəsində istifadəçilər "TikTok"un parametrlər bölməsinə daxil olaraq "Sizin üçün yenilə nişanı" seçimini etdikdən sonra alqoritmdə saxladıqları məlumatları sıfırlaya biləcəklər. Bununla belə, xatırladaq ki, bu funksiya yalnız "TikTok"da "Sizin üçün yenilə nişanı" bölməsini sıfırlayır və izlədiklərinizi, profilinizi və məzmun seçimlərinizi dəyişməyəcək.

Həmçinin, rəsmilər bildirirlər ki, bu sıfırlamadan sonra onu geri qaytara bilməyəcəksiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti