...

Sülhməramlılara aid 31 maşın Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 23 Mart 2023 13:49 (UTC +04:00)
Sülhməramlılara aid 31 maşın Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn karvan 31avtomobildən ibarət olub. Maşınlar Xankəndi istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 102 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti