Bakı. Trend:
ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ittihamlar maksimum 136 il həbs cəzasını nəzərdə tutur.
Trend-in məlumatına görə, bu barədə "FoxNews" televiziya kanalı xəbər verib.
"İttihamlar maksimum 136 il həbs cəzasını nəzərdə tutur, baxmayaraq ki, o ittihamların hər hansı və ya bütün maddələri üzrə təqsirli bilinərsə, faktiki cəza çox az olacaq", - deyə bildirilib.
Bundan əvvəl ABŞ-ın sabiq prezidentinə qarşı iş sənədlərini saxtalaşdırmaq və cinayətkar sözləşmədə ittiham irəli sürülüb.