...

“Tərtər işi”ndə daha dörd nəfərin məhkəmə prosesi başlayır

Gündəm Materials 4 May 2023 11:39 (UTC +04:00)
“Tərtər işi”ndə daha dörd nəfərin məhkəmə prosesi başlayır
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Trend-in məlumatına görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun icraatına verilib.

İş üzrə 185 nəfər zərərçəkmiş qismində tanınıb. Proseslər Sumqayıt Məhkəmə Kompleksində keçiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə ittiham olunan general-mayor Bəkir Orucov və 8 nəfərin işi üzrə məhkəmə araşdırması gedir.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti