Bakı. Trend:
Türkiyənin "Fatih" Qazma Gəmisi Amasra-3-də qazma işlərinə başlayıb.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bunu Türkiyə Neft Şirkəti (TPAO) sosial media hesabı "Twitter"də qeyd edib.
"Türkiyənin qüruru Fatih Qazma Gəmisi Sakarya Qaz Sahəsindəki yeni kəşfiyyat quyusu Amasra-3-də qazma işlərinə başlayıb. Enerjidə Müstəqil Türkiyə məqsədi ilə quruda və dənizdə kəşfiyyat fəaliyyətlərimizi davam etdiririk" – deyə paylaşımda qeyd olunub.
Məlumat üçün bildirək ki, Türkiyənin ilk milli qazma gəmisi olan Fatih 2017-ci ildə TPAO inventarına qoşulub.