...

Beynəlxalq səyahətçilər Laçında (FOTO)

Gündəm Materials 12 May 2023 15:58 (UTC +04:00)
Beynəlxalq səyahətçilər Laçında (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Laçın rayonuna səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Kəlbəcər rayonunda olub.

Daha sonra Laçın rayonunda tikinti bərpa işləri ilə tanış olublar.

Qarabağda səfərdə olan isveçli səyahətçi Therese Sundberg Trend-ə açıqlamasında bildirib ki, Qarabağa səfərimiz zamanı buranın təsiredici təbiətini görmək şansımız oldu.

"Burada olmaq və Qarabağın dirçəldiyini görmək çox xoşdur. Həqiqətən Qarabağın təbiəti çox gözəldir. Əlbəttə bu gözəlliklərlə yanaşı mina təhlükəsi də mövcuddur. Lakin buranın mianalardan təmizlənməsi və dirçəldilməsi üçün çox intensiv iş aparılır. Biz bunun da şahidi olduq", - deyə o əlavə edib.

Qeyd edək ki, İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfər ediblər.Qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edib. Bu nüfuzlu regional klub yalnız Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti