...

Goranboyda 2 nəfərin öldüyü qəzanın görüntüsü

Gündəm Materials 16 May 2023 12:23 (UTC +04:00)
Goranboyda 2 nəfərin öldüyü qəzanın görüntüsü

Bakı. Trend:

Bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş DYP İdarəsindən Trendə verilən məlumata görə, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti