Bakı. Trend:
“Google Chrome” URL-da (Uniform Resource Loader) avtomatik yazı səhvlərini düzəldəcək.
Trend-in məlumatına görə, “Google Chrome” URL-lərinizdə hərf səhvlərini yoxlayacaq və nə demək istədiyinizi nəzərə alaraq təklif olunan veb-saytları göstərəcək. Şirkət bu dəyişikliyi daha geniş yeniləməsinin bir hissəsi kimi elan edib və bu xüsusiyyətin yaxın aylarda əvvəlcə masaüstünə, daha sonra isə mobil versiyaya gələcəyini söyləyib.
Qeyd edək ki, “Google Chrome”, “Google” tərəfindən hazırlanmış pulsuz veb brauzerdir. “Microsoft Windows” versiyası 2008-ci ilin sentyabrında istifadəyə verilib. Daha sonra “Linux”, “macOS”, “iOS” və “Android” versiyaları da hazırlanmışdır.