...

Xaricdə yaşayan 450 mindən çox Türkiyə vətəndaşı prezident seçkilərində səs verib

Gündəm Materials 21 May 2023 02:41 (UTC +04:00)
Xaricdə yaşayan 450 mindən çox Türkiyə vətəndaşı prezident seçkilərində səs verib

Bakı. Trend:

Mayın 20-də Türkiyədə prezident seçkilərinin ikinci turu üçün xaricdə və sərhəd məntəqələrində səsvermə prosesi başlayıb.

Trend-in məlumatına görə, Türkiyə vətəndaşları 73 ölkədəki 156 nümayəndəliklərdə və nəzarət məntəqəsində səs verə bilərlər. Xaricdə ümumilikdə 3461 seçki qutusu quraşdırılıb.

452 257 Türkiyə vətəndaşı xarici ölkələrdəki nümayəndəliklərdə, 19 477 nəfər isə nəzarət keçid məntəqələrində səs verib.

Türkiyənin xarici nümayəndəliklərində səsvermə prosesi mayın 24-dək davam edəcək.

Sərhəd keçid məntəqələrində, quru keçid məntəqələrində, hava limanlarında və respublikanın dəniz limanlarında mayın 28-i saat 17.00-dək səs vermək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti