...

Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1 milyonu ötüb

Gündəm Materials 22 May 2023 05:37 (UTC +04:00)
Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1 milyonu ötüb

Bakı. Trend:

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir.

Trend-in məlumatına görə, xarici nümayəndəlik və sərhəd məntəqələrində başlayan səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 milyonu keçib. Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacaq.

Qeyd edək ki, mayın 14-də Türkiyədə keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib səs çoxluğu ilə müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti