...

“WhatsApp”a birdən çox hesab əlavə etmək funksiyası gəlir

Gündəm Materials 12 Avqust 2023 12:13 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp” “Android”in beta versiyasına birdən çox hesab əlavə etmək funksiyasını gətirir.

Trend-in məlumatına görə, yeni funksiya, həmçinin, müxtəlif hesablar arasında keçidi asanlaşdıracaq.

Söhbətlər və bildirişlər hər bir hesab üçün ayrıca saxlanılacaq. İstifadəçi çıxış etməyi seçənə qədər yeni əlavə edilmiş hesablar cihazda açıq qalacaq. “WhatsApp”ın çoxhesablı funksiyası sayəsində bir telefona iki “WhatsApp” quraşdırmağa ehtiyac qalmayacaq.

Eyni telefonda iki “WhatsApp” hesabından necə istifadə etmək olar?

1) "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2) Növbəti ekranda yuxarıdakı profil şəklinin yanındakı ox işarəsini seçin.

3) Daha sonra "hesab əlavə et" xanasını seçin

4) "Hesab əlavə et" xanasının üzərinə toxunun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti