...

“WhatsApp”dan növbəti yenilik

Gündəm Materials 11 Sentyabr 2023 12:28 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp" 2.23.14.17 beta versiyasında söhbət filtrləmə funksiyasını test edib.

Trend xəbər verir ki, bu versiyaya "Oxunmamış", "Şəxsi" və "Biznes" filtrləmə seçimləri daxildir. 2.23.19.7 beta versiyasında filtrləmə seçimləri dəyişdirilib.

Yeni ekran görüntüsünə baxdıqda "Şəxsi" və "İş" filtrləmə seçimləri silinib. Əvəzinə "İnsanlar" və "Qruplar" seçimləri əlavə edilib. "Oxunmamış" seçimində heç bir dəyişiklik edilməyib. Yeni funksiya sayəsində istifadəçilər söhbətləri daha tez tapa biləcəklər. Beləliklə, söhbətlərə daxil olmaq üçün uzun müddət axtarış etməyə məcbur qalmayacaqsınız.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 Milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti