Bakı. Trend:
“Sony” şirkəti haker qrupu tərəfindən kiberhücuma məruz qalıb.
Trend xəbər verir ki, iddiaya görə, haker qrupu “Sony Group Corporation”nın serverlərinə sızıb və sistemlərini ələ keçirmələri barədə bəyanat yayıb.
Qeyd edək ki, “Sony” hələlik məsələ ilə bağlı şərh verməyib. Əgər iddia düz olarsa “PlayStation” hesabları təhlükə altında ola bilər çünki “Sony Group Corporation”in xidmətləri “PlayStation”da əldə etmək mümkün olmuyacaq. Bu fakt isə “PlayStation” qurğularını yararsız hala sala bilər.