Bakı. Trend:
Qarabağ məsələsində ədalət bərqərar oldu.
Trend-in məklumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.
Türkiyə prezidenti bildirib ki, 30 illik işğaldan sonra Qarabağ azadlığa qovuşdu.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə dostlarının sayını artırmaq istəyir və uzatdığı dostluq əlini qəbul edənlərlə əməkdaşlığa hazırdır.