...

Şəhərlər dayanmadan raket atəşinə tutulur - İsraildə yaşayan azərbaycanlı (ÖZƏL)

Gündəm Materials 7 Oktyabr 2023 14:04 (UTC +04:00)
Şəhərlər dayanmadan raket atəşinə tutulur - İsraildə yaşayan azərbaycanlı (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin şəhərləri 2 dəqiqədən bir raket atəşinə tutulur.

Bu barədə Trend-ə açıqlamasında İsrailin Holon şəhərində yaşayan azərbaycanlı Ronald Zilberman deyib.

O qeyd edib ki, şəhərlər hər dəfə raket atəşinə tutulduqda, həyəcan siqnalı verilir.

"Yeni binalarda bir otaq bombaya dözümlü inşa olunur. Köhnə binalarda bu yoxdur. Bu kimi binaların ikinci mərtəbələrində bomba sığınacaqları mövcuddur. Bunlardan əlavə, şəhərin demək olar hər yerində bomba sığınacaqları var",- deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti