...

Hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsinin hazırlanmasını təklif olunub

Gündəm Materials 15 Noyabr 2023 14:40 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hidrometeorologiya sahəsində əməkdaşlığa dair saziş layihəsinin hazırlanmasını təklif olunur.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.

N.Mahmudov çıxışı zamanı meteoroloji məlumat, həmçinin bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə türk dövlətlərinin meteorologiya xidmətlərinin birgə istifadəsi məqsədilə internet saytının yaradılmasını, Paris Sazişinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq ölkələrimizdə Təkmilləşdirilmiş Şəffaflıq Formatına uyğun Monitorinq, Hesabatlılıq və Yoxlama (ÖHY- MRV) sisteminin qurulması üzrə təcrübə mübadiləsinin təşkil edilməsini, istilik Effekti Yaradan Qazların (İEYQ) inventarlaşdırılması, mitiqasiya və adaptasiya tədbirlərinin modelləşdirilməsi üzrə birgə təlimlərin keçirilməsi, müsbət təcrübənin bölüşülməsi məqsədilə elmi-texniki məlumatların, müvafiq təhsil proqramlarının təkmilləşdirilməsi, habelə birgə konfrans və simpoziumların təşkil edilməsini də təklif edib.

Xəbər lenti

Xəbər lenti