...

Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib

Gündəm Materials 25 Noyabr 2023 08:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Azərbaycan tərəfi Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, - deyə bildirilib.

Avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti